Yunanıstanda parlament seçkiləri: Tsipras yenidən baş nazir seçildi
Yunanıstanda bazar günü keçirilən növbədənkənar seçkinin nəticələri məlum olub.
APA TV-nin məlumatına görə, 9 ay içində 3 dəfə seçkiyə gedən yunan xalqı "Syriza" partiyasının lideri, sabiq baş nazir Alexis Tsiprası yenidən liderlik zirvəsinə daşıyıb.
Olduqca sönük keçən seçkilərdən öncə də "Syriza" partiyasının birinci olacağı gözlənilirdi. Açıqlanan nəticələrə görə, "Syriza" partiyası səslərin 35,5 faizi ilə birinci, Yeni Demokratiya Partiyası isə 28 faizlə ikinci sırada qərarlaşıb.
"Qızıl Şəfəq", ANEL və Kommunist partiyaları da parlamentdə təmsil olunmaq haqqı qazanıblar. Seçkinin ilkin nəticələrinin açıqlanmasından sonra xalq qarşısında çıxış edən Tsipras ANEL partiyası ilə koalisiya hökuməti yaratmaq üçün görüşəcəklərini söyləyib.