İran, Azərbaycan və Türkiyə iqtisadiyyat nazirlərinin görüşü keçirilə bilər
“İran, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq mövcuddur. Bu ölkələrin xarici işlər nazirləri daim görüşlər keçirirlər. Lakin son vaxtlar onların işləri çox olduğu üçün görüşlər təxirə salınır".
Bunu APA TV-yə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.
"Ümid edirik ki, növbəti görüşün tarixi bəlli olacaq və biz faydalı müzakirələrin şahidi olacağıq” - deyən səfir üç ölkənin xarici işlər nazirlərinin görüşünün prezidentlər səviyyəsində keçirilməsi perspektivinə toxunub: "XİN rəhbərlərinin görüşü baş tutsa, digər görüşlər də keçirilə bilər. Əlbəttə ki, prezidentlərin görüşü faydalı ola bilər. Biz həm də iqtisadiyyat nazirləri arasında görüşün keçirilməsini istəyirik. Görüşlərin tarixi hələlik bəlli deyil”.