Azərbaycanda “nurçu”luğu təbliğ edən 85 nəfər tutuldu
Azərbaycanda “nurçu”luğu təbliğ edən 85 nəfər saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.
Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıb.