Mahmud Məmmədquliyev İrəvanda
"Bakı və İrəvan arasında birbaşa dialoq görüş xətrinə görüş olmamalıdır". Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İrəvanda keçirilən "Şərq tərəfdaşlığı" XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında deyib.
"Dialoq olub, ancaq indi dayandırılıb. Birbaşa dialoq isə buna hazırlıqdan asılıdır. Ciddi hazırlıq, ciddi məsələlər olmalıdır. Bu görüş xatirinə görüş olmamalıdır. Ciddi qərarlar qəbul edilməlidir. Bu prezidentlərdən asılıdır".
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyev və Serj Sarkisyana göndərdiyi məktublarda onları yaxın aylarda birbaşa dialoq imkanından istifadə etməyə çağırıb.