ABŞ səfiri Şəkiyə getdi

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Şəkiyə səfər edib.

 

APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, səfir və onu müşayiət edənlər  Şəkinin tarixi məkanlarına baş çəkib, mətbəxi ilə tanış olublar.

 

Tanışlıq “Sənətkarlar evi”ndən başlayıb. Burada amerikalı diplomata dünyada analoqu olmayan tarixi şəbəkə sənəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, hazırlanmasında heç bir mismardan və yapışqandan istifadə olunmayan bu xalq sənəti dünyada yalnız Şəki sənətkarlarına məxsusdur və nəsildən-nəslə yadigar olaraq ötürülür.

 

R.Sekuta Tarix Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti Muzeyinə də baş çəkib.

 

Daha sonra amerikalı diplomat dünya memarlıq incisi sayılan Şəki Xan Sarayına gedib. Sarayın həyətində yaşı yarım əsrə çatan çinarlar haqqında məlumat alan qonaq tarixi abidəni gəzib. 

 

Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra səfir Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. 

 

Müəllif | Apa.Tv
Apa.tv