Məkkədə daha bir oteldə yanğın olub, yaralılar var
Məkkədəki otellərdən birində yanğın olub. APA TV-nin məlumatına görə, hadisə nəticəsində 4 zəvvar xəsarət alıb.
Yanğın 15 mərtəbəli binanın 11-ci mərtəbəsindən başlayıb. Binadan 1500 nəfər təxliyə edilib.
Yanğınsöndürənlər alovun qarşısını alıblar.
Xatırladaq ki, ötən həftənin cümə axşamı Məkkənin Əziziyyə rayonundakı otellərdən birində yanğın baş vermişdi. Hadisə nəticəsində 2 nəfər ölmüşdü.