Tuncelidə PKK-nın bölgə lideri məhv edildi

Türkiyənin Tunceli vilayətində keçirilən antiterror əməliyyatı zamanı üç PKK fəalı məhv edilib. APA TV-nin məlumatına görə, məhv edilən terrorçular arasında "Baran Dersim" ləqəbli İsmayıl Aydəmir də var. O, PKK-nın bölgə üzrə məsul şəxsidir.

Tunceli vilayətində havadan dəstəklə antiterror əməliyyatı davam edir.

Tunceli valiliyinin məlumatına görə, atışma zamanı yaralanan iki PKK-çı qaçmağa müvəffəq olub.

Ötən axşam Tuncelidə PKK üzvləri polis maşınına hücum ediblər. Hücum nəticəsində iki polis əməkdaşı yaralanıb.

Bundan başqa, axşam saatlarında bir terrorçu polis məntəqəsinə gələrək, təslim olub.

 

Müəllif | Apa.Tv
Apa.tv