Öldürücü bəla - Hepatit
Dünyada insan sayının azaldılmasına səbəb olacaq çox üsullar var. Onların içərisində ən qısa yol müharibələrdirsə, ən dəhşətlisi xəstəliklərdi. Özü də sağalmaz xəstəliklər. Çox təəssüf ki, bu xəstəlikdən heç bir dövlət, heç bir millət, heç bir fərd sığortalanmayıb. Nə varlı, nədə kaşıb. Elə biz də.
Dünyada öndə gələn ölüm səbəblərindən QİÇS, xərcəng xəstəliyi, hepatit C, hepatit B və s. çox sayda viruslar var ki, nədənsə alimlər onların kökünü kəsə bilmir. Amma bu xəstəliklər get-gedə insanların kökünü kəsməyə doğru irəliləyir. Dünyada 9-cü ölüm səbəbi hesab edilən “Hepatit” hər il dünyada 350 min insanın ölümünə səbəb olur. APA TV-nin məlumatına görə, ölkəmizdə 2013 ilin son 8 ayı ərzində ümumilikdə 320 nəfərdə hepatit virusu aşkarlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, yoluxanlardan 110 nəfəri hepatit A, 126 nəfər hepatit B, 84 nəfər isə hepatit C virusunun daşıyıcısıdır. Statistikaya görə, ötən illərlə müqayisədə xəstəliyə yoluxanların sayında azalmalar müşahidə edilir. Belə ki, 2012-ci ildə ümumilikdə 642, 2011-ci ildə isə 780 nəfər bu virusun daşıyıcısi idisə 2007-ci ildə bu göstərici bir neçə dəfə artıq 2223 nəfər idi. Mütəxəsislər hesab edir ki, hepatit xəstələrinin sayı dəyişdiyi kimi onların yoluxma yolları da dəyişir. Belə ki, əgər əvvəllər hepatit C virusunun cinsi yolla keçdiyi deyilirdisə, son zamanlar bu virusun yalnız qan vasitəsi ilə yayıldığı bildirilir.
Həkim deyir ki, ötən illərlə müqayisədə B virusuna yoluxmamaq üçün artıq qabaqlayıcı tədbirlər də həyata keçirilir. Belə ki, hazırda istənilən vətəndaş sözü gedən virus əleyhinə vaksinasiya edilsə, o zaman onun bu virusa yoluxma ehtimalı sıfıra enmiş olur. Lakin bütün bunlarla yanaşı, həkim vətəndaşları ehtiyyatlı olmağa çağırır.
Mütəxəssisdən onu da öyrəndik ki, son göstəricilərə əsasən virusa yoluxma halları gənclər arasında daha cox yayılıb. Yoluxma yolları içərisində isə gözəllik salonlarının rolu daha çoxdur. Bir sıra hallarda antisanitar şəraitdə aparılan estetik qulluq sonda virusunun bir insandan digərinə keçməsinə gətirib çıxarır. Gənclər arasında daha çox yayılan döymə və ya tatuaj zamanı da virusa yoluxma riski artmış olur. Elə döymə ustası Telman da deyir ki, kustar üsulla döymə etdirən insanlar həyatlarını virusun cənginə atməş olurlar.
Lakin həkimlər burda da vətəndaşları ehtiyyatlı olmağa çağırır. Sən demə hepatit virusunu nə spirtlə, nə də qaynar su ilə öldürmək mümkün deyilmiş.
O ki, qaldı barəsində söhbət açdığımız xəstəliyin əlamətlərinə mütəxəsislər deyir ki, yoluxmadan təxminə 6 ay sonra insanda həddən artıq halsızlıq və yorğunluq hissi, əzələlərdə ağrı, qızdırma, qəbizlik, iştahın itməsi, mədə bulanması, qusma, dərinin və goz ağının saralması, sidiyin rənginin tündləşməsi, qarın ağrısı, qaraciyər bölgəsində həssasiyyət müşahidə olunur. Bu əlamətləri özündə müşahidə edən dərhal həkimə müraciyyət edib qan analizi vermək tövsiyyə olunur.