Dollar bahalaşdı, avro ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı həftənin növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi ötən günə nisbətən bahalaşıb. Hazırda 1 ABŞ dolları 1.0482 manatdır. Avro isə ucuzlaşmaqda davam edir. Mərkəzi Bank avronun məzənnəsini 1.1782 manat olaraq açıqlayıb. Rusiya rublunun kursu isə dəyişməz qalıb. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 15 manat 80 qəpikdir.  

Müəllif | Apa.Tv
Apa.tv