Bakıda mənzildən 50 min manat oğurlayan qadın tutuldu

Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 12-də Bəyimxanım Əkbərbəyovanın evindən 50 min manat nağd pul və 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

 

Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti, Nəsimi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv