İrandan gələn narkotiki 44 min manata satarkən yaxalandı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları müxtəlif tərkibli külli miqdarda narkotik maddələrin satışının qarşısını alaraq dövriyyədən çıxarıb. İrandan ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik maddələrin Bakıda satılacağı barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Nazirliyn mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan rayon sakini, 45 yaşlı Zəfər Quliyev 1 kiloqramdan çox heroin və 3 kiloqram 100 qram tiryəki 44 min manata satmaq istəyərkən Xətai rayonu ərazisində polis əməkdaşları tərəfindən tutulub. Saxlanılan şəxs bildirib ki, narkotik maddələri ona Vəhid adlı İran vətəndaşı satmaq üçün göndərib.

 

Zəfər Əliyev heroinlə tiryəki Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindəki hissəsində kimsəsiz ərazidən götürərək Bakıda yaşadığı evə aparıb. Saxlanılan şəxs narkotik madələri satmaq üçün bir müddət müştəri axtarıb.

 

Zəfər Əliyev istintaqa ifadəsində bildirib ki, narkotik maddələri satdıqdan sonra Biləsuvar rayonu ərazisindən İrana keçməli və pulu çatdırmalıymış.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Müəllif | Apa.Tv