Gəncədə üç maşın toqquşdu: 4 yaralı

Gəncə şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov prospektində, Gülüstan qəsəbəsi ərazisində Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Rəsulov idarə etdiyi “Daewoo” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yolun əks istiqamətinə çıxıb, 1990-cı il təvəllüdlü Elşad Haqverdiyevin idarə etdiyi “Niva” markalı və 1988-ci il təvəllüdlü Roman Qurbanovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillərlə toqquşub.

 

Qəza nəticəsində “Daewoo”nun sürücüsü və maşında olan iki sərnişin - 1992-ci il təvəllüdlü Elmar Rzayev və 1986-cı il təvəllüdlü Kərim Kərimov, “Niva” markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıblar. Xəstəxanaya aparılanlardan Elşad Haqverdiyevin vəziyyəti ağırdır.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli