İstanbulda ukraynalını girov götürən azərbaycanlı ələ keçdi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Türkiyə polisi İstanbulda adı açıqlanmayan Azərbaycan vətəndaşını yaxalayıblar. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, azərbaycanlı Ukrayna vətəndaşı, şərti adı Roman kimi açıqlanan şəxsi girov götürüb.
Azərbaycanlının 23 yaşlı ukraynalıya görə 150 min ABŞ dolları tələb etdiyi bildirilir.
Adı açıqlanmayan Azərbaycan vətəndaşı uzun müddət Romanın ailəsi ilə telefon əlaqəsi saxlayıb və polis onun izinə düşə bilib.
Bildirilir ki, ukraynalı bu ilin avqustunda öz dostları ilə Türkiyəyə istirahət məqsədilə gəlib və azərbaycanlı ilə tanış olub. Bundan sonra onun ailəsinə zəng olunub və bildirilib ki, oğlanları girov götürülüb və tələb olunan məbləğ açıqlanıb.
Romanın valideynləri Ukraynanın İstanbuldakı konsulluğuna müraciət ediblər. Polisin işə qarışdığını bilən azərbaycanlı yenə də onun ailəsinə zəng vuraraq, yaxınladan birinin Türkiyə gəlməsini tələb edib.
İstanbula gələn Romanın anası "Zeytin burnu" otelində azərbaycanlı ilə görüşüb və bildirib ki, oğlunun azad edilməsi üçün istənilən məbləği ödəməyə hazırdır. Sübut üçün əvvəlcə otelin qarajında BMW markalı avtomobilin açarlarını ona təqdim edən qadın polislər tərəfindən izləndiklərini heç özü də bilməyib.
Polislərin yaxaladığı Azərbaycan vətəndaşının üzərindən saxta pasport çıxıb. Daha sonra Romanın saxlanıldığı evə gələn polislər oradan iki tüfəng, bir "Kalaşnikov" avtomatı, yaxalanan azərbaycanlının adına olan daha iki pasport və 9 min 500 saxta dollar aşkarlanıb.