Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Zaqatala şəhərindəki 2 saylı tam orta məktəbində İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qobustan, Şamaxı, Qax, Zaqatala, Balakən rayonlarının sakinlərini qəbul edib. APA TV xəbər verir ki, qəbul zamanı nazir işə qəbuletmə və Fövqəladə Hallar Nazirliyinin aidiyyatı üzrə müraciətləri dinləyib.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, baş vermiş zəlzələ ilə bağlı 1200-dən artıq vətəndaş nazir müavinləri və aidiyyəti qurum rəhbərliyi, kadr məsələləri ilə bağlı 125, digər məsələlərlə bağlı müraciət edən 35 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.