Evinin damında narkotik yetişdirən Quba sakini tutuldu
Quba rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində narkotik maddələrin istifadəsində şübhəli bilinən rayon sakini saxlanılıb.
APA TV-nin şimal bürosunun xəbərinə görə, polis əməkdaşları 49 yaşlı Quba sakini Aydın Heydərovun yaşadığı evə baxış keçiriblər. Bu zaman əməliyyatçılar evin damında, dibçəkdə yetişdirilən iki ədəd çətənə kolu aşkar ediblər.
Əvvəllər də dəfələrlə məhkum həyatı yaşayan Aydın Heydərov haqqında cinayət işi açılıb, araşdırmalar davam etdirilir.