Dövlət Avtomobil Nəqliyyatı Xidməti Hacıqabulda reyd keçirdi
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şirvan Regional şöbəsi Hacıqabulda reyd keçirib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, reyd zamanı 40-a qədər avtomobil saxlanılaraq sərnişindaşıma qaydaları, lisenziyalı fəaliyyət, tibbi müayinədən keçmə və fərqlənmə nişanı ilə avtomobillərin idarə olunması yoxlanılıb.
11 sürücü (7 mikroavtobus və 4 taksi) barəsində sərnişindaşıma qaydalarını pozma, o cümlədən lisenziyasız fəaliyyət, fərqlənmə nişanı olmadan və tibbi müayinədən keçmədən avtomobili idarə etməyə görə protokollar tərtib edilərək cərimə sanksiyaları tətbiq edilib.
Reydlər davam etdiriləcək.