Şair Məmməd Aslan vəfat etdi

Şair, əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan dünyasını dəyişib. APA TV-yə verilən məlumata görə, şair Məmməd Aslan uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib.  Mərhumla vida mərasimi bu gün  günorta saatlarında "Göy Məscid"də keçiriləcək.

 

Məmməd Aslan bir sıra beynəlxalq və respublika mükafatlarının laureatı olub. 2000-ci ildə  "Şöhrət" ordeni ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv