İŞİD liderlərindən Əbu Bəkr əl-Türkməni öldürüldü

ABŞ təyyarələrinin zərbələri nəticəsində İŞİD terror qruplaşmasının yüksək rütbəli üzvü məhv edilib. APA TV-nin “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun nümayəndəsi bildirib.  Pentaqonun məlumatına əsasən, öldürülən Əbu Bəkr əl-Türkməni  terrorçuların “inzibati əmiri” sayılır. O, bundan əvvəl “Əl-Qaidə” terror təşkilatının İraqdakı fəaliyyətində fəal rol oynayıb.

 

Məlumata görə, hava zərbəsi Təl-Əfər şəhəri yaxınlığında endirilib. Qeyd edək ki, Pentaqon bundan əvvəl avqustda İŞİD liderinin müavini Fadhil Əhməd əl Xəyali, mayda isə neft və qazın qaçaqmalçılığına cavabdeh olan Əbu Sayyafı  öldürüb.  

 

Müəllif | Apa.Tv