Qubada maşın piyada qadını vuraraq öldürdü

Ötən gün  Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayonu, Heydər Əliyev prospektində qeydə alıb.

 

Quba rayon sakini Məhəmməd Salayevin idarə etdiyi “KİA” markalı avtomaşın yolu keçmək istəyən piyada, 1972-ci il təvəllüdlü Quba rayon sakini Əzizova Yasəmən Ramazan qızını vurub.

 

Piyada hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan