Həmkəndlisinin qəbrini təhqir edən şəxs tutuldu

Balakəndə həmkəndlisinin qəbrini təhqir edən və məzara ziyan vuran şəxs həbs edilib. APA TV xəbər verir ki, seniyabrın 9-da Balakən rayonunun Şərif kənd sakini, 1974-cü il təvəllüdlü Elayev Elşad Əhmədov oğlu RPŞ-yə müraciət edərək  bildirib ki, onun mərhum atası Elayev Əhmədov Məhəmməd oğlunun qəbrinin üzərində naməlum şəxs təhqiredici hərəkətlər edilib və qəbir daşına zərər yetirilib. Bu hal 2013-cü il ərzində bir neçə dəfə təkrar olunub. Övladları  nəməlum şəxs tərəfindən dağıdılan qəbir daşını bir neçə dəfə bərpa ediblər. Sentyabrın 13-də Balakən RPŞ-nin əməkdaşları tərəfindən Şərif kənd qəbirsanlığında xüsisi əməliyyat axtarış tədbirləri keçirilib. Qəbirsanlığa xüsusi veb kamera yerləşdirilib. Nəticəsində həmin hadisənin 1938-ci il təvəllüdlü Balakən rayonunun Şərif kənd sakini Qarabaltayev  Murtuzəli Məhəmməd oğlu tərəfindən törədildiyi müəyyən edilib.

 

Keçirilmiş tədbir nəticəsində Murtuzəli Qarabaltayev Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Murtuzəli Qarabaltayev istintaqa verdiyi ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.  Murtuzəli Qarabaltayevin sözlərinə görə,  2012-ci ildə dünyasını dəyişən mərhum həyat yoldaşı ona son nəfəsində bildirib ki, kənd sakini Əhmədov Elayev tərəfindən bir neçə dəfə zorlanıb. Bundan hiddətlənən Murtuzəli Qarabaltayev həyat yoldaşının qisasinı almaq üçün bu yola əl atdığını bildirib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov