Bakıda ağır qəza: 17 yaşlı "sürücü" öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin "Lent.az"a istinadən xəbərinə görə, Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan “Mitsubishi Pajero” markalı 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədən çıxıb və aşıb.
Nəticədə avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Kamran Alim oğlu Babazadə hadisə yerində ölüb. Sərnişin, 1997-ci il təvəllüdlü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.