Azərbaycanda Qurban bayramı qeyd olunur
Azərbaycanda Qurban bayramı qeyd olunur.
APA TV-nin xəbərinə görə, bu il Azərbaycanda Qurban bayramı sentyabrın 24-də və 25-də qeyd edilir.
Sentyabrın 24-də səhər saat 09:00-da “Təzəpir” məscidində Qurban bayramı namazı qılınacaq.
Qurban bayramı və ya Dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.
Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar Azərbaycanda senytabrın 24-ü və 25-i qeyri-iş günüdür.
Sentyabrın 24-ü cümə axşamına, 25-i cümə gününə, 26 və 27-si isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ölkədə ardıcıl 4 gün iş olmayacaq.