Masallı sakini toyda ürəyindən bıçaqlandı

Masallıda  dəhşətli qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Şərəfə kəndindəki şadlıq sarayının qarşısında qeydə alınıb.

 

Toy mərasiminə gələn qonaqlar arasında yaranan mübahisə qanlı sonluqla başa çatıb. Rayonun Ağakişibəyli kənd sakini, 1969-cu il təvəllüdlü Salman Kərim oğlu Qurbanov Masallının Məmmədxanlı kənd sakini, 1983-cü il təvəllüdlü İntizam Sakit oğlu Rzayevlə mübahisə edib.

 

Mübahisə zamanı Salman Qurbanov üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə İntizam Rzayevin döş qəfəsinin sol ön hissəsinə və ürək nahiyəsinə 3 zərbə vurub. Ölümcül yaralanmış İntizamı hadisə şahidləri dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırsalar da, çoxlu qan itirdiyindən, həkimlər ona yardım edə bilməyiblər.

 

Hadisəni törətməkdə təqsirli bilinən Salman Qurbanov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onun barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv