PKK Türkiyənin dörd bölgəsinə hücum etdi: çoxlu yaralı var

PKK terror təşkilatı Türkiyənin dörd bölgəsində polis əməkdaşları, hərbçilər və mülki vətəndaşlara qarşı terror hücumları həyata keçirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bingöldə PKK üzvləri və təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Siirt, Diyarbəkir və Hakkaridə də terror hücumları olub.

 

Təhlükəsizlik qüvvələri Bingöl-Elazığ yolunu bağlamağa çalışan terrorçulara mane olmağa çalışıblar. Polis əməkdaşlarının təslim olmaq tələbinə terrorçular atəşlə cavab veriblər. Nəticədə iki polis əməkdaşı və bir mülki şəxs yaralanıb.

 

Siirtdə isə terrorçular su anbarının təhlükəsizliyini təmin edən əsgərlərə hücum ediblər. Bu hadisə nəticəsində bir əsgər yaralanıb.

 

Diyarbəkirdə bir qrup terrorçu prospektdə əldəqayırma partlayıcını işə salıb. Həmin vaxt alış-veriş üçün evindən çıxan 15 yaşlı yeniyetmə yaralanıb.

 

Hakkaridə terrorçular jandarma məntəqəsini atəşə tutublar. Təhlükəsizlik qüvvələri cavab atəşi açıblar. Bundan sonra terrorçular qaçıblar. Onların qaçdığı ərazi top atəşinə tutulub. 

Müəllif | Apa.Tv
Apa.tv