İtkin düşən 44 yaşlı qadının meyiti 1 ay sonra tapıldı - QƏTL
Sumqayıtın Ceyranbatan qəsəbəsində yaşayan Yeganə Mirzəyeva avqustun 23-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
APA TV-nin məlumatına görə, itkin kimi qeydiyyata alınan Yeganə Mirzəyevanın baş nahiyəsində xəsarətləri olan və çürüməyə məruz qalmış meyiti sentyabrın 22-də Abşeron rayonunun Qobu qəsəbəsində tapılıb.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sumqayıt şəhər sakini, 44 yaşlı Vahid Vəliyev tərəfindən törədildiyi ehtimal edilib və o tutulub. İlkin məlumata görə, qətl münaqişə zəminində törədilib. Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev hazırda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlandığını və ibtidai istintaq aparıldığını və Vahid Vəliyevin şübhəli şəxs qismində dindirildiyini bildirib.
Hadisənin təfərrüatı istintaqın gedişində məlum olacaq.