Bu gün zəvvarlar şeytanı daşlayacaqlar - MƏKKƏDƏN REPORTAJ
Sentyabrın 23-də Ərəfat dağına qalxan zəvvarlar oradan Müzdəlifə çölünə yollanıblar.
APA TV-nin Məkkədə olan müxbirinin verdiyi məlumata görə, zəvvarlar günortadan şam azanına qədər Ərəfatda dayanıblar. Daha sonra isə Müzdəlifə çölünə gəliblər.
Şam namazını Müzdəlifədə qılan zəvvarlar gecəni burada qalaraq şeytana daş atmaq üçün daş toplayıblar, ibadət edib dualar oxuyublar. Bu gün isə günəş çıxdıqdan sonra zəvvarlar Mina dağına yollanaraq böyük şeytana daş atacaqlar.
Qeyd edək ki, Ərəfat ziyarətini tamamlayan zəvvarlar qaydalara uyğun olaraq Müzdəlifəyə gəlirlər. Müzdəlifə Ərəfatdan sonra başlayır və bayramın birinci günü günəş doğmadan bitir.
Müzdəlifə Həcc ziyarəti üçün vacib əməl hesab edilir. Buraya qatılmayan zəvvarın cəza kimi bir qurban kəsməsi mütləqdir.