Almaniya hökuməti qaçqınları faşist konslagerlərində yerləşdirir

Almaniya hökuməti ölkəyə gələn qaçqınları 70-80 il əvvəl faşistlərin inşa etdiyi konslagerlərdə yerləşdirməyə başlayıb.

 

APA TV-nin "Rossiya 24" telekanalına verdiyi məlumata görə, qapısında "Arbeit macht frei" sözləri yazılmış Daxau konslagerində 82 il ərzində heç nə dəyişməyib.

 

Almaniya hökuməti burada əsasən Yaxın Şərqdən gələn qaçqınları məskunlaşdırmağa qərar verib. Ölkəyə miqrant axınının intensivləşməsi səbəbindən hökumət yeni müvəqqəti sığınacaqların tikilməsini çatdıra bilmir.

 

Bir müddət əvvəl isə Suriyadan olan 20 qaçqın ailəsi məşhur Buxenvald konslagerində yerləşdirilib.
 

"Bu baraklarda o zaman əsasən Avropa yəhudiləri saxlanılıb. Hər iki konslagerdə II Dünya Müharibəsi zamanı ən çox ölüm faktları qeydə alınıb", - deyə "Daxau" memorial kompleksinin rəhbəri Qabriel Hmmerman bildirib.

 

Almaniya hökuməti isə bildirib ki, bu müvəqqəti addımdır. Yeni sığınacaqlar tikildikdən sonra burada yerləşdirilən qaçqınlar köçürüləcək. Miqrantlar isə öz növbələrində ölkə qanunlarına inteqrasiya olmalıdırlar. Onlar alman dilini, mədəniyyətini, tarixini və ənənələrini öyrənməlidirlər.

 

Qabriel Hammermanın sözlərinə görə, qaçqınların böyük əksəriyyətinin isə harada yerləşdirildiklərindən xəbərləri belə yoxdur. 

Müəllif | Apa.Tv
Apa.tv