Qazaxda sürücü 80 yaşlı həmkəndlisini vurub öldürdü
Azərbaycanın Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolun Qazax rayonu Çaylı kəndi ərazisindən keçən hissəsində kənd sakini Elvin Qocayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçmək istəyən həmkəndlisi, 80 yaşlı Eyyub Qocayevi vurub. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.