Məkkədən son məlumat və görüntülər - EKSKLÜZİV

Bu gün Məkkədə Mina dağında zəvvarların günorta namazından sonra böyük izdiham yaşanıb. APA TV-nin Məkkədə olan müxbirinin verdiyi məlumata görə, Mina dağına böyük şeytanı daşlamaq üçün təxminən 2 milyon yarım, 3 milyona insan gedib. Yaranan qarışıqlıq nəticəsində insanla bir-birinin üzərinə yıxılıblar və çoxlu zəvvar aldıqları xəsarətlər nəticəsində həyatlarını itiriblər. Əldə olunan son məlumata görə, 220 nəfər ölüb, 450 zəvvar yaralanıb. Ölənlərin sayının artacağı istisna olunmur. Havanın olduqca isti olduğu bildirilir. Hadisə ilə əlaqədar yollar bağlanıb, yalnız təcili tibbi yardım maşınları küçələrdə hərəkət edirlər. Düşərgədə olan jurnalistlər qapalı, təhlükəsiz məkana yerləşdiriliblər. Ölənlərin arasında Qazaxıstan və Qırğızıstan vətəndaşları olduğu bildirilir.

Müəllif | Apa.Tv