Bakıda qurbanlıq heyvanların satış-yarmarkası keçirilir
Qurban bayramı ilə əlaqədar Bakının 23 məntəqəsində qurbanlıq heyvanların satış-yarmarkası təşkil olunub.
APA TV-nin xəbərinə görə, yarmarkalar 10 rayonunda fəaliyyət göstərir. Satıcıların sözlərinə görə, ötən ildən fərqli olaraq, bu il vətəndaşların arasında alıcılıq qabiliyyəti daha yüksək səviyyədədir.
Alıcılar da təşkil olunan yarmarkalarda süni qiymət artımı ilə rastlaşmadıqlarını bildirdilər. Bununla belə, sanitariya qaydalarına riayət olunmaması vətəndaşlarda narazılıq doğururdu.
Qeyd edək ki, yarmarkalarda kiçik buynuzlu heyvanlar çəkisinə görə seksiyalara ayrılıb. Çəkisi 15 kq olan qurbanlıq qoyunlar 120 manata, 12 kq olanlar isə 90-100 manat arası satılır.