Həcc faciəsinin səbəbi bəlli oldu: 717 ölü, 805 yaralı

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan qarışıqlıq nəticəsində ölənlərin sayı artır.

 

APA TV-nin “Haberler.com”a istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı mülki müdafiə qurumu ölənlərin sayının 717-yə yüksəldiyini açıqlayıb. Yaralıların sayının 805 nəfər olduğu bildirilir.

 

Faciənin zəvvarların Minada şeytan daşladığı zonaya gedən iki ana yoldan birində baş verdiyi xəbər verilir. Bəzi iddialara görə, yollardan yalnız biri açıq olub.

 

Bu arada faciənin ilkin səbəbi bəlli olub. Hadisənin şeytan daşlanması zamanı eskalatorda baş verdiyi müəyyənləşib. Bu əməl Mina dağında 3-cü mərtəbədə yerinə yetirilir. Daşlama əməlini yerinə yetirən zəvvarlar aşağı enərək, Məkkəyə gedən yola çıxmağa cəhd edərkən qarışıqlıq yaranıb və faciə baş verib.

 

Olay yerinə çoxlu sayda ambulans və xilasetmə qrupları göndərilib. Yaralılar Mina bölgəsindəki dörd xəstəxanaya və helikopterlərlə Məkkəyə aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv