Məkkədə azərbaycanlı zəvvar qurban kəsdikdən sonra öldü
Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri dünyasını dəyişib. APA TV-nin Məkkədə olan müxbirinin verdiyi məlumata görə, 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. Zəvvarın nə zaman dəfn ediləcəyi bəlli deyil. Hələlik sənədləşdirmə işləri aparılır.
Digər iki azərbaycanlı zəvvarın isə səhhəti günvurma səbəbindən pisləşib. Hər iki zəvvar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, zəvvarlarımız ötən gün Minada böyük şeytanı daşladıqdan sonra qurban kəsiblər.
Onların vətənə sentyabrın 29-dan etibarən dönəcəkləri gözlənilir.