Bakıda quldurluq əməllərini telefona çəkən banda tutuldu - TƏFƏRRÜAT

Yasamal polisi paytaxtın müxtəlif yerlərində ayrı-ayrı vətəndaşlara qarşı quldurluq etmiş dəstəni saxlayıb. APA TV-nin məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dəstə üzvləri Xikmət İsgəndərov, Qafar Bağırbəyov, həmçinin Rauf və İbadulla Əlimuxatrov qardaşları saxlanılıblar. İlkin dindirilmə zamanı məlum olub ki,  dəstənin başçısı əvvəllər də məhkum olunmuş, Yasamal rayon sakini 18 yaşlı Xikmət Fikrət oğlu İsgəndərov Bədəlov Əli Mahmud oğluna və Süleymanov Fuad Əli oğlunu qarşı bıçaqla hədələməklə soyğunçuluq edib.

 

Dəstə üzvləri Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Bundan başqa onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq edərək götürüblər. Xikmət İsgəndərov belə hadisələri çox törətiklərini deyib:
 

"Avtobus sürücüsü ilə dava düşdü, söyüş söydü, mən də vurdum. Pula ehtiyacım var idi, bir neçə adamı da bıçaqla hədələyərək pul və telefon götürmüşəm. Bundan əvvəl də, 7-8 belə hadisəm olub. O zaman 16 yaşım var idi".
 

Saxlanılan Xikmət İsgəndərovun telefonuna baxış keçirərkən  onu cinayət əməllərini mobil telefonuna çəkdiyi də məlum olub.
 

Quldur dəstənin əməllərindən zərər çəkənlər Yasamal Rayon Polis İdarəsinin  28-ci Polis Bölməsinə müraciət edə bilərlər. 

 

Müəllif | Apa.Tv