Türkiyədə dəhşətli qəza: ölən 13 nəfərin 8-i azyaşlıdır - YENİLƏNİB

Türkiyədə dəhşətli yol qəzası baş verib.


APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Niğde bölgəsində qeydə alınıb.

 

Ticarət işlərində istifadə olunan yüngül nəqliyyat vasitəsi ilə avtomobilin toqquşması nəticəsində 13 nəfər ölüb, bir neçə sərnişin yaralanıb.


11 nəfər hadisə yerindəcə keçinib.

 

Xəstəxanaya çatdırılan iki nəfərə tibbi yardım göstərilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.
 

Həyatını itirənlərdən Əli və Adəm bir, Mehmet, Məhəmməd, Evren, Reyhan və iki Zeynəb adlı uşaq altı-səkkiz yaşlarında olublar.

Müəllif | Apa.Tv
Apa.tv