Rus təyyarələri İŞİD-i bombaladı
Suriya ordusu İŞİD-ə qarşı bu yaxınlarda Rusiyadan aldığı qırıcılarla zərbələr endirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, ilk hədəf Hələb şəhəri istiqamətində möhkəmlənən qruplaşmalar olub.
Rusiyanın Yaxın Şərq məsələləri üzrə tanınmış politoloqu Vyaçeslav Matuzov bildirib ki, Moskva münaqişəyə birbaşa müdaxiləyə ehtiyac duymur:
"Rusiya əvvəlki mövqeyini dəyişib. Moskvaya ikinci Əfqanıstan lazım deyil", deyə o qeyd edib.
Son günlər kosmosdan da çəkilən fotolar təsdiq edir ki, Rusiya Suriyada hərbi iştirakını azaldıb, Moskva Suriya ordusunu yalnız silahla və texnika ilə təmin etməyə üstünlük verir. Bu sıraya tanklar, təyyarələr və helikopterlər də daxildir