Azərbaycanda uşaqlara ən çox verilən adlar: Yusif, Zəhra...

Bu ilin 9 ayı ərzində Azərbaycanda doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb.


Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusifdir. 9 ay ərzində doğulmuş oğlan uşaqlarından 2380 nəfərə Yusif adı verilib. Sonrakı yerləri isə  Əli, Hüseyn, Murad, Məhəmməd adları da var.

 

Qız adları arasında populyarlıq qazanan ad Zəhradır. 9 ay ərzində 2348 nəfərə Zəhra adı verilib. Yeni doğulan qız uşaqlarına verilən adlar arasında üstünlük təşkil edən digər adlar isə Nuray, Fatimə, Aylin, Zeynəb, Ayan adlarıdır.

 

Qeyd edək ki, bu adlar həm də son beş il ərzində ən çox qoyulan adlardır.

 

Son beş il ərzində oğlan uşaqlarına qoyulan adlardan İlkin, Adəm, Röyal adları ən az qoyulanlardır.

 

Qız adlarından ən az qoyulan adlar isə Gülər, Əsmər və Arzu adlarıdır. 

Müəllif | Apa.Tv
Apa.tv