Əli Xameneyi: "Məkkə faciəsinə səbəb bəd əməllər olub"

İranın ali dini lideri Əli Xamenei Məkkədə Qurban Bayramı günü baş vermiş faciəyə görə Səudiyyə Ərəbistanının hakimiyyətini günahlandırıb.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

 

“Səudiyyə Ərəbistanı hökuməti bu faciəli insidentə görə məsuliyyəti öz üzərinə götürməlidir... Faciəyə səbəb qeyri-səmərəli və bədəməl hərəkətlər olub”, deyə ayətullahın bəyanatında bildirilir.

 

Qeyd edək ki, ötən gün Məkkə yaxınlığında izdiham nəticəsində 717 zəvvar ölüb, 900-dək insan xəsarət alıb.  

Müəllif | Apa.Tv
Apa.tv