Yəməndən qaçmış prezident ölkəsinə qayıtdı - VİDEO

Yəmən prezidenti Əbd Rəbbo Mənsur Hadi ölkəsinə qayıdıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, o, Ədən şəhərinə Qurban bayramı ilə əlaqədar gəlib. Xatırladaq ki, Mənsur Hadi yarım ildən çoxdur ölkədə şiə-husi üsyançıları ilə qarşıdurmadan sonra Səudiyyə Ərəbistanına sığınıb.

Bu arada isə Yəməndə vəziyyət gərgin olaraq qalır. Paytaxt Sənada bayramın ilk günü məscidlərdən birində baş vermiş partlayışda 30 nəfər ölüb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv