Yağışlar başlayır - HAVA PROQNOZU

Bakı və Abşeron yarımadasında sentyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

 

Gündüz cənub-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 26-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq.

  

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv