PKK 2 türk əsgərini şəhid etdi, 34 terrorçu məhv edildi
Türkiyənin Şırnak bölgəsində PKK 2 türk əsgərini şəhid edib, biri bələdçi olmaqla 8 əsgər də yaralanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Şırnakın Beytüşşebap qəsəbəsində qeydə alınıb. Dərhal başlanan antiterror əməliyyatları nəticəsində 34 terrorçu məhv edilib. Əməliyyatlara Hərbi Hava Qüvvələri də dəstək verib. Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında fakt təsdiqlənib.