Lənkəran sakini narkotik satarkən tutuldu – HƏVƏSKAR ÇƏKİLİŞ

Lənkəran sakini narkotik vasitə satarkən yaxalanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Yuxarı Nüvədi kənd sakini, 30 yaşlı Tahir Şəmsəddin oğlu Babayev 100 ədəd kibrit qutusunda ümumilikdə 319,78 qram çəkidə narkotik vasitə olan marixuananı satarkən tutulub. İstintaqa verdiyi ifadəsində yaxalanan şəxs narkotik vasitəni kəndlərinə yaxın meşə ərazisindən yığdığını söyləyib. Məlum olub ki, Tahir Babayev marixuananı satdığı təqdirdə 3 min manat qazanc əldə edəcəkmiş.  

 

Faktla bağlı toplanmış materiallar Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə göndərilib, açılmış cinayət işi ətrafında  araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv