Ağdamda qadınlardan ibarət oğru dəstəsi yaxalandı

Ağdamda qadınlardan ibarət oğru qrupu saxlanılıb.

 

Ağdam Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, 50 yaşlı Nadirova Sona İbrahim qızı, 48 yaşlı Nadirova Qumru Veysəl qızı, 40 yaşlı Seyidova Gülnaz Xasıbəy qızı və qrupun tək kişi üzvü 48 yaşlı Nadirov İsmayıl Tahir oğlu tutulub.  

 

Ağdam rayon sakini Fərhad İsmayılov ona məxsus dükandan kişi geyimlərinin oğurlanması barədə şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üçü qadın olmaqla dörd nəfər saxlanılıb. Dəstənin yeganə kişi üzvü olan İsmayıl Nadirovun avtomobilindən dükanlardan oğurlanmış paltarlar aşkarlanıb.

 

Qadınlar törətdikləri əməli etiraf ediblər. İstintaq zamanı onların qohum olduğu, eyni zamanda qadınların başqa dükanlardan da oğurluq etdiyi məlum olub.

 

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv