Bayram günlərində təcili yardıma müraciət edənlərin sayı açıqlandı
Qurban bayramında Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırışlar əsasən ürək- damar, tənəffüs və sinir sistemi xəstəlikləri ilə bağlı olub.
Bunu APA TV-yə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
O bildirib ki, 3 gün ərzində hər gün orta hesabla təqribən 1700-1800 çağırış daxil olub. Çağırışlar zamanı isə heyvan vurma kimi hallara rast gəlinməyib.
Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, 3 gün ərzində xəstəxanaya ümumilikdə 12 xəstə müəyyən problemlərlə müraciət edib. Onlardan 7-si dərman zəhərlənməsi, 2-si həlledici məhlul, eyni sayda xəstə sirkə turşusu və 1 xəstə allergiya ilə müraciət edib. Hazırda xəstələrin vəziyyəti stabildir.