Suriya müxalifəti ABŞ silahlarını İŞİD-ə verdi

Suriya müxalifətinin ABŞ-dan aldığı silahlar terrorçuların əlinə keçib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ ordusunun komandanlığı bundan narahat olduğunu açıqlayıb.

 

Pentaqon müxaliflərin bu silahları könüllü şəkildə "Cəbhət-ən-Nüsra" döyüşçülərinə verdiyi faktını da istisna etmir. Suriya müxalifətinin ABŞ hərbçiləri tərəfindən təlim keçilmiş 70 döyüşçüsünün Suriyaya Türkiyədən keçdiyi deyilir. Bundan sonra onların 6 yük maşınını və xeyli silahı Suriya ərazisinə təhlükəsiz keçirmələrinə şərait yaratmaları üçün İŞİD-ə verdikləri qeyd edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv