Türk qırıcıları İraqda PKK-nın 13 obyektini vurdu - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Türkiyə Hərbi Hava Qüvvələri PKK-ya qarşı növbəti antiterror əməliyyatını həyata keçiriblər.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İraqın şimalında Qara bölgəsində terrorçulara aid 13 obyekti, onların sığındığı nöqtələri, ərzaq anbarlarını bombalayıb.

Türkiyənin Hakkari vilayətinin Çukurca qəsəbəsində isə poçt maşınını 5 gün əvvəl ələ keçirən terrorçulardan 6-sı öldürülüb.


Fakt Hakkari valiliyi tərəfindən təsdiqlənib, əməliyyatlar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv