Ağstafada avtomobil şadlıq evinin administratorunu vurub öldürdü
Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, magistral yolun kənarında yerləşən şadlıq saraylarından birində administrator işləyən Ağstafa rayon sakini, 42 yaşlı Elmar Vəliyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.
Zərərçəkən dərhal Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.