Qubada 26 məktəb qəzalı vəziyyətdədir

Quba rayonunda 137 orta məktəb var. Onlardan 26-sı qəzalı vəziyyətdədir. 31 məktəb binasının isə əsaslı təmirə ehtiyyacı var. Quba rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanovun sözlərinə görə, həmin məktəblər əsasən, dağ kəndlərində yerləşən təhsil ocaqlarıdır.

 

Süleyman Aslanovun sözlərinə görə, son illər Quba rayonunda 52 yeni məktəb binası inşa, 28-i isə əsaslı təmir olunub. Təkcə bu təhsil ilində daha 6 məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulub.

 

Quba rayon Təhsil Şöbəsindən APA TV-yə verilən məlumata görə, qəzalı məktəblərin inşası 2014-2018-ci illər üçün nəzərdə tutulan dövlət proqramına salınıb. Bu proqramın icrası nəticəsində Quba rayonunda qəzalı məktəb qalmayacaq.

Müəllif | Apa.Tv
Vəli Turan