Gəncədə zəncirvarı qəza: 3 maşın toqquşdu

Gəncədə 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvarı qəza baş verib.

 

APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

“Opel” markalı avtomobil “Chevrolet Niva” markalı avtomobillə toqquşub. Sonra avtomobil kənarda olan “Mercedes” markalı avtomobilə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv