Azərbaycanda kəkilli quzu doğuldu

Azərbaycanda qeyri-adi quzu dünyaya gəlib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, quzunu qeyri-adi edən onun başında taca bənzər kəkilin olmasıdır.

 

Adətən, belə kəkil quşlarda olur. Amma bu dəfə quzu kəkilli doğulub. Quzu İmişli rayonunun Qaraqaşlı kəndində, Asim Yusifovun təsərrüfatında dünyaya gəlib.

 

Maraqlıdır ki, quzuda hər hansı çatışmazlıq və xəstəlik yoxdur.  

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı