Azərbaycan Ordusunun şəhid əsgəri Ağdamda dəfn edildi

Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Rauf Fəxrəddin oğlu Vəliyev Ağdamda dəfn edilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 1991-ci il təvəllüdlü Rauf Vəliyev yaşadığı Ağdam rayonunun Ayaq Qərvənd kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində rayon rəsmiləri və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri iştirak edib.

 

Qeyd edək ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu - Rauf Fəxrəddin oğlu Vəliyev, Neman İspəndiyar oğlu Əhmədzadə və Zöhrab Namiq oğlu Mustafazadə şəhid olub.

Müəllif | Apa.Tv
Apa.tv